Bakıda 2 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb
21:12 17 Noyabr 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

"Opel" markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/802978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR