UEFA Kubokunun qalibi rəsmən "Qəbələ"də!

UEFA Kubokunun qalibi rəsmən "Qəbələ"də!
18:47 16 Yanvar 2015
104 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” digər tərəfdən də transfer çalışmalarını sürətləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, şimal təmsilçisi bu gün daha bir keçid həyata keçirib.
  
Bir müddətdi klubun düşərgəsində olan ukraynalı hücumçu Ruslan Fominlə münasibətlər artıq rəsmiləşdirilib. 28 yaşlı futbolçu yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Fomin “Qəbələ”nin heyətində artıq debüt edib. Belə ki, ukraynalı futbolçu yanvarın 14-də Türkiyə təmsilçisi “Eskişehirspor”la yoxlama görüşündə start heyətində yer alıb.
  
Son klubu “Çernomorets” olan Fomin Ukraynanın U-19 və U-21 yığmalarının formasını geyinib, həmçinin karyerası ərzində 6 il (2005-2011) Donetsk “Şaxtyor”unun formasını geyinib. Fomin karyerası ərzində 2 dəfə Ukrayna çempionu (2005-06, 2009-10), həmçinin UEFA Kubokunun (2008-09) qalibi olub.
  
Qeyd edək ki, Fomin “Qəbələ”nin bu qış “Çernomorets”dən transfer etdiyi 3-cü futbolçu olub. Ondan öncə qapıçı Dmitri Bezotosnı ilə 6 aylıq, yarımmüdafiəçi Aleksey Qayla isə 1,5 illik müqavilə imzalanmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR