Atropin zəhərlənməsi nədir, əlamətləri nələrdir?

Atropin zəhərlənməsi nədir, əlamətləri nələrdir?
21:47 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İspanaq zəhərlənməsinə səbəb olan atropin minlərlə insan tərəfindən internet üzərindən araşdırılmağa davam edir.

Tibbdə çox fərqli sahələrdə istifadə edilən bu maddə antikolinergik quruluşa malikdir.

Rəngsiz, ipək görünüşlü, qoxusuz, iynələr şəklində kristallaşan, 108°C-də əriyən bir məhluldur.

Parasempatik sinir sisteminə təsir edən, qüvvətli bir zəhərdir. Çox kiçik dozaları tibbdə göz bəbəklərini böyütmək, ürəyin işini sürətləndirmək, bəlğəm, selik və tüpürcəyi azaltmaq və spazmanı aradan qaldırmaq məqsədiylə istifadə edilir.

ÜMUMİ ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ

Həzm sistemi pozuntuları: Ürək bulanma, qusma, qarın ağrısı.

Sinir sistemi pozuntuları: Şüur itkisi, narahatlıq hissi, əzələlərdə ağrı, sıxılma, hərəkətlərdə uyğunlaşmazlıq, şok əlamətləri

Tənəffüs sistemi pozuntuları: Nəfəs çatışmazlığı, tənəffüs dayanması, baş ağrısı, baş gicəllənməsi, qulaq zingildəməsi, oksigen çatışmazlığı səbəbi ilə dəridə qızarma, göyərmə.

Qan-dövranı sistemi pozuntuları: Nəbz pozulması, baş ağrısı, soyuq tərləmə, ürək dayanması.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR