Alimlər iqlim dəyişikliyinə məhəl qoymayan siyasətçiləri tənqid etdi

Alimlər iqlim dəyişikliyinə məhəl qoymayan siyasətçiləri tənqid etdi
22:57 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyada 11 mindən çox alim xəbərdarlıq edərək bildirmişdir ki, bəşəriyyət ekologiya probleminə münasibətini dəyişdirməzsə, iqlim dəyişikliyi səbəbindən insanlar əzab-əziyyətə düçar olacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  alimlər siyasətçilərin tədbir görmək iqtidarında olmadığını söyləyir. Tədqiqatçı Fibi Barnard bildirmişdir: "Gələn nəsillər, iqlim dəyişikliyi səbəbindən təhlükəni ciddi dəyərləndirmədikləri üçün onlara mənfi münasibət bəsləyəcək". Alimlər, bəşəriyyətin, ağıla gəlməz fəlakətlərdən qorunması üçün altı əsas problemin öhdəsindən gəlməli olduğunu qeyd edir. Bura neft, kömür, neft şisti kimi yanacağın əvəz edilməsi, metan və his kimi atmosfer tullantılarının azaldılması, daha az ət istehlakı, ekosistemin bərpası və qorunması, karbonsuz iqtisadiyyatın yaradılması və investisiya yolu ilə əhali artımının sabitləşməsi daxildir. İnsanların ətraf mühitə münasibətini dəyişməsi üçün bu sayda alimin bir araya gəlməsi ilk dəfə deyil. 2017-ci ildə 184 ölkədən 16 mindən çox mütəxəssis "insanlar və təbiət dünyası toqquşmaq üzrədir" məzmunlu məktub tərtib edərək xəbərdarlıq etmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR