Siyəzəndə FACİƏ - Ölənlər və xəsarət alan var

Siyəzəndə FACİƏ - Ölənlər və xəsarət alan var
23:53 17 Noyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.

Digər yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR