Ermənistanda 21 yaşlı məhkum özünü asıb

Ermənistanda 21 yaşlı məhkum özünü asıb
23:57 17 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda 21 yaşlı məhkum intihar edib.
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Armavir vilayətindəki cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Məlumata görə, intihar edən şəxs 21 yaşlı Sarkis Abelyandır. Ermənistanın Ədliyyə Nazirliyinin rəsmisi bildirib ki, məhkum bir müddət əvvəl İstintaq Komitəsinin Armavir üzrə İstintaq İdarəsinin Vaqarşapat İstintaq Bölməsi tərəfindən qaldırılan cinayət işi çərçivəsində həbs edilib.
Bildirilir ki, həbsxananın nəzarətçiləri Sarkis Abelyananın asılmış cəsədini aşkarlayıblar.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi məqsədilə cinayət işi qaldırılıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-21-yasli-mehkum-ozunu-asib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR