Afinada təxminən 20 min nəfər ABŞ əleyhinə nümayişə çıxıb

Afinada təxminən 20 min nəfər ABŞ əleyhinə nümayişə çıxıb
00:52 18 Noyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada "qara polkovniklər" xuntasına qarşı üsyanın 46-cı ildönümü ilə əlaqədar ABŞ əleyhinə nümayişdə azı 20 min nəfər iştirak edib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli "Prototema" nəşri bildirib.
Polisin hesablamasına görə, təxminən 8 min nümayişçi kommunist həmkarlar ittifaqı PAME-nin kolonuna, 11 min nəfər isə sağ mərkəzçi SİRİZA-nın kolonuna qoşulub. Aksiya iştirkaçılarını 5 min polis əməkdaşı qoruyub.
1973-cü ildə tələbələrin hərbi xuntaya qarşı üsyanı amansızcasına yatırılıb, amma bu, xuntanın süqutunu gətirib çıxarıb. Yunanlar ABŞ-ı 1967-1974 illərdə xuntaya dəstək verməkdə ittiham edirlər və hər il üsyanın ildönümündə tələbələr qanlı yunan bayraqları ilə ABŞ səfirliyinin binası qarşısına gəlirlər. Axşam kütləvi nümayiş keçirilir.
Bir çox siyasətçinin fikrincə, ABŞ-ın dəstəyi olmasaydı, xunta bir gün belə, hakimiyyətdə qala bilməzdi. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afinada-texminen-20-min-nefer-abs-eleyhine-numayise-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR