Rusiya İdlibi bombardman edib, 9 dinc sakin həlak olub

Rusiya İdlibi bombardman edib, 9 dinc sakin həlak olub
01:47 18 Noyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, zərbə zamanı 9 dinc sakin həlak olub, azı 10 nəfər xəsarət alıb. Mənbənin məlumatına görə, Rusiya ordusu Serakib şəhərinə, həmçinin Ureynibe, Fattire, Bsakla və Mellace yaşayış məntəqələrinə hava zərbələri endirib. Serakibdə zərbələr zamanı 4 dinc sakin həlak olub.
Qeyd edilir ki, oktyabrda Suriyanın şimal-qərbində 75 dinc sakin Rusiya Hərbi Hava Qüvvələrinin zərbələrinin qurbanı olub, onlardan 13-ü uşaqlardır.
Arasıkəsilməz atəşlər və hava zərbələri səbəbindən noyabrın əvvəlindən İdlibi 40 min dinc sakin tərk edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-i-dlibi-bombardman-edib-9-dinc-sakin-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR