KİV: Britaniya komandirləri öz əsgərlərinin Əfqanıstandakı cinayətlərini gizlədiblər

KİV: Britaniya komandirləri öz əsgərlərinin Əfqanıstandakı cinayətlərini gizlədiblər
04:12 18 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın hərbi rəhbərliyi öz əsgərlərinin Əfqanıstanda və İraqda törətdikləri cinayətlər haqqında informasiyanı gizlədib.
"Report" xəbər verir ki, bu barədə məxfi sənədlərə istinadən "Sunday Times" qəzeti yazıb.
"Sunday Times" nəşrinə kömək edən müstəntiqlər Böyük Britaniyanın xüsusi aviadesant xidmətinin hərbi qulluqçularından birinin qətldə iştirakına dair, həmçinin "Black Watch" batalyonunun üzvləri tərəfindən edilmiş cinayətlərə dair sübutları tapıblar. Qeyd edilir ki, söhbət Şotlandiyanın kral alayının tərkibinə daxil olan batalyon üzvlərinin iştirakçısı olduğu güman edilən döymələrdən, işgəncələrdən, seksual təhqirlərdən və başqa cinayətlərdən gedir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-britaniya-komandirleri-oz-esgerlerinin-efqanistandaki-cinayetler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR