Avstraliyada yumurta ölçüsündə dolu yağıb

Avstraliyada yumurta ölçüsündə dolu yağıb
06:17 18 Noyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası ölçüsündə dolu yağıb.
"Report" xəbər verir ki, bu barədə "7News" telekanalı bildirib.
Telekanalın məlumatına görə, dolu avtomobillərin, evlərin və müəssisələrin şüşələrini sındırıb.

"7News" bildirib ki, "nəhəng dolu və dağıdıcı küləklər" haqqında xəbərdarlıq Qrimpi şəhərindən Brisbenin cənub hissəsinə qədər yaşayış məntəqələrinə aid edilib. Belə hadisələrlə Kvinslend ştatının cənubunda Sanşayn-Kostaların rayonununda sakinləri qarşılaşıblar. Bu halda sürəti saniyədə 16 metrə qədər çatan güclü külək ştatın başqa rayonlarında da qeydə alınıb.

ABC telekanalı öz növbəsində bildirib ki, güclü külək ölkənin cənub-şərqində demək olar, 20 min evielektriksiz qoyub.





Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/avstraliyada-yumurta-olcusunde-dolu-yagib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR