Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsiz keçib

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsiz keçib
06:22 18 Noyabr 2019
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Sarı gödəkçələr" etiraz hərəkatının tərəfdarları noyabrın 18-i Fransanın şəhərlərində yenidən küçələrə çıxıblar.

Trend-in məlumatına görə, noyabrın 17-si Fransa paytaxtında baş verən iğtişaşlara nisbətən bazar günü aksiyaları daha sakit şəraitdə keçıb.

Paytaxt polisinin prefekturası öz "Twitter" səhifəsində verdiyi xəbərə görə, bazar günü nümayiş yerlərində 31 nəfər saxlanılıb, 1,6 mindən çox nəfərin şəxsi əşyalarında axtarış aparılıb. Bu, şənbə günü ölkə ərazisində 264 nəfərin, onlardan 173 nəfərinin Parisdə saxlanıldığından xeyli azdır.

Yerli vaxtla 20:00-da polis, noyabrın 17-si səkkiz azyaşlı uşaq da daxil olmaqla 169 saxlanılanın nəzarət altında qaldığını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3150135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR