Hillari Klintonun olduğu təyyarə Nyu-Yorkda qəza enişi edib

Hillari Klintonun olduğu təyyarə Nyu-Yorkda qəza enişi edib
06:37 18 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq-dövlət katibi Hillari Klintonun olduğu, Nyu-Yorkdan Vaşinqtona uçan təyyarə texniki nasazlığa görə geri qayıtmağa məcbur olub.
"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən CNN telekanalı bildirib.
Telekanalın məlumatına görə, "American Airlines" aviaşirkətinin təyyarəsi əməkdaşlardan birinin nasazlığı qeyd etməsindən sonra yerli vaxtla saat 15:15-də Nyu-York aeroportuna qayıdıb.
Pilotların sözlərinə görə, təyyarə aeroportun terminalından bir neçə kilometr uzaqlaşdıqdan sonra silkələnməyə başlayıb. Aeroportun əməkdaşı tüstünü qeydə alıb və səmada olan təyyarənin metal qırıntısını aşkarlayıb.
Bu reyslə uçan sərnişinlər Vaşinqtona yerli vaxtla saat 16:45-də başqa təyyarə ilə çatdırılıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hillari-klintonun-oldugu-teyyare-nyu-yorkda-qeza-enisi-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR