Veypdən yaranan xəstəliklərin səbəbi məlum oldu

Veypdən yaranan xəstəliklərin səbəbi məlum oldu
07:12 18 Noyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri veyplərdən yaranan xəstəliklərin mümkün səbəbini açıqlayıb.

Milli.Az bildirir ki, mütəxəssislərin fikrincә, bu xəstəliklərə E vitamininin asetatı gətirib çıxara bilər.

Alimlər 29 xəstənin üzərində tədqiqat apararaq belə bir nəticəyə gəliblər. Xəstələrin hər birində E vitamininin asetatının izlərini müşahidə olunub, digər zəhərli elementlər isə aşkar edilməyib.

E vitamininin asetatı çox vaxt dəriyə qulluq vasitəsi kimi istifadə olunur. Lakin o, qızdırılarkən və nəfəs alarkən təhlükəlidir.

Mütəxəssislər hesab edirlər ki, dəqiq səbəbləri müəyyənləşdirmək üçün daha çox elmi məlumat lazımdır.

Qeyd edək ki, ABŞ-da iki mindən çox xəstəlik qeydə alınıb ki, bunlardan 39-u ölümlə nəticələnib. Onların hamısı da elektron siqaretlərdən istifadə edirdilər. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/801301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR