"Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və..." - Tələbəlik illəri

"Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və..." - Tələbəlik illəri
07:17 18 Noyabr 2019
116 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.   

Sızlar yada düşəndə, ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri... Ömrün ən şirin, yaddaqalan illəridir tələbəlik illəri. Ona görə, o illərdən danışanda hər kəsin deməyə sözü, xatirəsi çox olur. "Tələbəlik illəri" rubrikasının budəfəki qonağı müğənni Elnarə Xəlilovadır.

O, universitet illərindəki xatirələrini bizimlə bölüşür: "Dillər Universitetinin ikinci kursu nda oxuyurdum. Anam məni Vaqif Gərəyzadənin yanına apardı. O da məni tələbə kimi götürdü. Həftədə iki-üç dəfə dərslərə gedirəm. Müəyyən repertuarla məni tanış edib. Birinci semestrin axırına qədər mənim repertuarımda yalan olmasın, ənənəvi caz üslubu janrında 100-ə yaxın ingilis, portuqal, fransız, italyan, ispan dilində mahnılar var idi. Xatirələrim nə ilə bağlıdır? Onunla bağlıdır ki, mən önümdə dəftər-kitab semestr imtahanlarına hazırlaşırdım, qulağımda da qulaqcıq, Vaqif Gərayzadənin tapşırıqlarını hazırlayırdım. Yəni qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və eyni şəkildə həmin o informasiyanı qəbul edirdim. Dəqiq yadımdadır ki, mən heç birini axsatmırdım, nə dərsimi, nə də musiqi hazırlığımı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/797704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR