Trampla Makron İran və Suriya məsələlərini müzakirə edib

Trampla Makron İran və Suriya məsələlərini müzakirə edib
08:17 18 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampla fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Bildirilir ki, dövlət başçıları telefon danışığının gedişatında Suriya, İran məsələlərini, həmçinin NATO-nun dekabrın əvvəlində Londonda keçiriləcək sammitini müzakirə ediblər.
"Bu gün prezident Donald Tramp Fransa prezidenti Emmanuel Makronla danışıb. Liderlər İran və Suriya ilə bağlı sonrakı addımları, həmçinin Londonda NATO liderlərinin qarşıdakı görüşünü müzakirə ediblər", - deyə xəbərdə bildirilir.
Şimal Atlantika Alyansının sammiti dekabrın 3-4də Londonda keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/trampla-makron-i-ran-ve-suriya-meselelerini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR