Azərbaycanda kişi həkimlərin sayı azalıb (ÖZƏL)

Azərbaycanda kişi həkimlərin sayı azalıb (ÖZƏL)
08:43 18 Noyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb.

Trend-in məlumatına görə, ümumən son 8 ildə ölkədəki həkimlərin sayı azalıb.

2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. Hazırda əhalinin hər 10 000 nəfərinə orta hesabla 33 həkim düşür.

2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib.

Belə ki, 2010-cu ildə ölkədəki həkimlərin 20 922-si qadın, 12 163-i kişi olub.

2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3121604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR