Azərbaycan bayrağına etiraz edən gəncin cavabını belə verdilər -

9 noyabr Azərbaycanda Bayraq günü kimi qeyd olunub. Bu məqsədlə Azərbaycan Gənclərinin Həmrəyliyi Dərnəyi sosial eksperiment keçirib.

Metbuat.az xəbər verir ki, eksperiment Ankaranın ən sıx bölgələrindən olan Kızıla və Güvenparkda baş tutub.

Gənclərdən biri çiyninə Azərbaycan bayrağını asaraq hərəkət etməyə başlayıb. Digər isə ona yaxınlşaraq bayrağı çıxarmağı və bundan narahat olduğunu bildirib.

Ətrafda gəzən insanlar baş verənlərin eksperiment olmasından məlumatlı olmayıb.

Ankara sakinlərinin Azərbaycan bayrağına etiraz edən gəncə münasibəti mənfi olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR