"Formula 1": Maks Ferstappen Braziliya Qran-prisinin qalibi olub, Lüis Hemilton cərimələnib

"Formula 1": Maks Ferstappen Braziliya Qran-prisinin qalibi olub, Lüis Hemilton cərimələnib
08:52 18 Noyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

San-Paulu şəhərindəki Joze Karluş Pase adına avtodromda "Formula 1" üzrə Braziliya Qran-prisi keçirilib.
"Report"un məlumatına görə, mövsümdə 20-ci Qran-prinin qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. O, 71 dövrəlik mübarizəni hamıdan öndə tamamlayıb. "Toro Rosso"dan Pyer Qasli ikinci yeri tutub. "Mercedes" pilotu Lüis Hemilton finişə üçüncü çatsa da, son dövrələrdə "Red Bull" pilotu Aleksander Albonu vuraraq trasdan çıxardığı üçün 5 saniyəlik cərimələnib. Nəticədə o, 7-ci pilləyə enib. Hemiltonun mövqeyi isə "Maklaren"dən Kiçik Karlos Saynsa qismət olub.
Ümumilikdə 20 pilotdan cəmi 16-sı finişə çatıb.
Qeyd edək ki, artıq Lüis Hemilton dünya çempionluğunu, "Mercedes" isə Konstruktorlar Kubokunda qələbəni təmin edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-braziliya-qran-prisinin-qalibi-melum-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR