Azərbaycanlı aparıcı: kimə ərə gedim?

Metbuat.az xəbər verir ki, bunu teleaparıcı-aktrisa Könül Yusifqızı mətbuata verdiyi qalmaqallı müsahibədə dilə gətirib.

O, daha sonra “Cinsi azlığı sevə bilərsiniz?” sualına “Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur”, - deyərək, fikirlərini bu cür davam etdirib:

“Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah, gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir.

Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən!

Demək ki, “kişiyəm” demək, bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namuq-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını güdəndən nə kişi?” (azmedia.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR