Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO
09:32 18 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Real TV"nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müəllif bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra əmlakları özəlləşdirərək zəbt edib.

Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib:

1. Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika institutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

2. Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7kvadratmetr qeyri-yaşayış sahəsi.

3. Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

4. Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

5. Nəsimi rayonu Azadlıq prospekti 114, Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.

6. Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi.

7. Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospeki 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi. 

8. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

9. Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/803009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR