Bakıda kişi arvadını öldürüb Gəncəyə qaçdı

Bakıda kişi arvadını öldürüb Gəncəyə qaçdı
10:17 18 Noyabr 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kişi həyat yoldaşını boğaraq öldürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 30 ünvanında birlikdə kirayədə yaşadığı həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə D.Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, D. Cəmşidzadə saxlanılıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/803022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR