Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb

Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb
10:52 18 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatındakı Fresno şəhərində ailə qonaqlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Yerli polisdən verilən məlumata görə, hadisə saat 18:00 (Bakı vaxtı ilə 06:00, 18 noyabr) radələrində baş verib. Naməlum şəxslər ev sakinlərinin və dostlarının futbol matçını izləmək üçün toplaşdığı arxa bağçaya soxularaq atəş açıblar. Nəticədə 10 nəfər güllə yarası alıb. Onlardan üçü yerindəcə ölüb, biri isə xəstəxanada keçinib.
Polis gələnə qədər hadisəni törədənlər qaçmağa müvəffəq olublar.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyada-atisma-neticesinde-4-nefer-olub-6-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR