Las-Veqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb

Las-Veqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb
11:35 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ sahibkarı İlon Maska məxsus “The Boring Company” şirkəti Las-Veqas altında 1,6 km uzunluğunda sürətli avtomobil tunelinin tikintisi üzrə qazma işlərinə başlayıb. Bu barədə “NBC” televiziya şirkətinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Loop” adlı yeraltı magistral “Las Vegas Convention Center” konfrans mərkəzinin bir neçə korpusunu birləşdirəcək. Sərnişinlərin daşınmasını on iki metr dərinlikdə iki birtərəfli tunel vasitəsilə 16 nəfər tutumlu sürücüsüz nəqliyyat vasitələri həyata keçirəcək. Digər tunellə isə piyadalar hərəkət edəcək.

 

Las-Veqas konfrans və Turizm İşləri İdarəsinin rəhbəri Stiv Hillin sözlərinə görə, fantastik görünən ideya 1 il ərzində reallaşmağa başlayıb. Gələcəkdə tunellər sisteminin genişləndiriləcəyi gözlənilir.

 

“The Boring Company” tərəfindən yaradılan 3,2 km uzunluğunda ilk sürətli nəqliyyat tuneli 2018-ci ilin dekabrında Los-Ancelesdə açılıb. O, İ.Maskın digər şirkətinə (SpaceX) məxsus parkinq üçün istifadə olunan ərazini və “The Boring Company” şirkətinin mənzil-qərargahının yerləşdiyi 120-ci küçəni birləşdirib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64213-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR