Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
11:55 18 Noyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər dekabrın 16sı saat 18.00-dək Mərkəzin saytında qeydiyyatdan keçməlidirlər.

Namizədlər imtahana yazılmaq üçün“Şəxsi kabinet” yaratdıqdan sonra bank kartı və ya ödəmə terminalları vasitəsilə imtahanda iştirak haqqını (82 AZN) hesablarına əlavə edib qeydiyyatdan keçməlidirlər.

İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcək

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3150255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR