Zərdab sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Zərdab sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb
11:57 18 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Zərdabda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirilən tədbirlər nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürov tutulub.
Onun evinin həyətindəki gizli saxlanc yerinə baxış zamanı 4 kiloqram 785 qram marixuana aşkar edilərək götürülüb.
Qeyd edək ki, polislər tərəfindən narkotik vasitələr satış üçün hazır qutularda qablaşdırılmış vəziyyətdə tapılıb. M.Şükürov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Bundan başqa, Zərdab RPŞ-nin əməkdaşlarının Məlikli kəndində kemirdikləri əməliyyat zamanı isə kənd sakini Səbihi Qədirov da saxlanılıb. Onun evinə baxış zamanı isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/zerdab-sakinlerinden-kulli-miqdarda-narkotik-vasite-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR