AFFA Gəncə şəhər stadionunda daha bir meydanın ot örtüyünü dəyişib

AFFA Gəncə şəhər stadionunda daha bir meydanın ot örtüyünü dəyişib
12:07 18 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydanın salınma prosesi başa çatıb. 
"Report" xəbər verir ki, standart ölçülərə malik kömkəkçi meydanın uzunluğu 105 metr, eni isə 68 metrdir. Meydanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb.
Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihəni AFFA icra edib. 
Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə tam yenilənib. Bundan əlavə, arena ərazisində 2015-ci ildə qurumun köməyilə süni örtüklü meydança da salınıb.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-gence-seher-stadionunda-daha-bir-meydanin-ot-ortuyunu-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR