Azərbaycanda yeni sayt fəaliyyətə başladı

“Epiloq.az” mədəniyyət portalı fəaliyyətə başladı.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, Dövlət Tərcümə Mərkəzinin yeni – “Epiloq.az” mədəniyyət portalı yayıma başlayıb.

Portal oxucuları burada Azərbaycanın mədəniyyəti, tarixi, yerli və dünya ədəbi-mədəni prosesi ilə bağlı materiallarla tanış olacaq, bu mövzularda təhlil və araşdırmaları videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar şəklində izləyə biləcəklər.

Portalın baş redaktoru – tanınmış yazıçı-publisist Qan Turalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR