Rövnəq Abdullayev aktyoru mükafatlandırdı

Rövnəq Abdullayev aktyoru mükafatlandırdı
18:49 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayev Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən fəxri fərmana layiq görülüb. Teatrdan Lent.az-a verilən məlumata görə, aktyor bu mükafata Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filmində uğurla ifa etdiyi SSRİ-nin Neft sənayesi naziri, dövlət xadimi Valentin Dmitriyeviç Şaşin roluna görə təltif olunub.

 

Qeyd edək ki, ssenari müəllifi Eldar İskəndərzadə olan 2 hissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib. Filmdə  akademikin ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb. Ekran əsərində əsas obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov və başqaları canlandırıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR