Türkiyənin məşhur aktrisası vəfat etdi

Türkiyənin məşhur aktrisası vəfat etdi
12:37 18 Noyabr 2019
114 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktrisası Yıldız Kenter dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 91 yaşlı teatr və kino ulduzunun anidən halı pisləşərək xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Y. Kenterin həyatını xilas etmək mümkün olmayıb.

Onun itkisi mədəniyyət dünyasını yasa boğub. Eyni zamanda, Türkiyə Prezidenti Rəsəb Tayyip Ərdoğan Tvitter hesabında başsağlı statusu yazıb: "Dəyərli teatr sənətçimiz Yıldız Kenterə Allahdan rəhmət, ailəsinə, sevənlərinə və sənət dünyasına başsağlığı diləyirəm".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR