İranda məktəblər bağlandı

İranın Fars əyalətinin Şiraz şəhərində bütün məktəb və universitetlər bağlanıb.

Metbuat.az-ın məlumatına görə, məktəb və universitetlətin bağlanması İranda benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bundan başqa, İranın əksər əyalətində məktəblər yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb. Bəzi əyalətlərdə isə dərs saatları təxirə salınıb.

Məlumata əsasən, Buşehr əyalətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb. (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR