Bakıda şok olay - 5 maşın toqquşdu, düşüb sürücünü vəhşicəsinə döydülər - VİDEO

Bakıda şok olay - 5 maşın toqquşdu, düşüb sürücünü vəhşicəsinə döydülər - VİDEO
12:58 18 Noyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılır. Digər avtomobil isə “Toyota”ya dəyir. Bütün bu hadisələrin fonunda 5-ci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulur.

Əsl film kimi olaylar isə bundan sonra başlayır. Bir anın içində avtomobillərdən düşən sürücü və şərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçır. Sürcünü döyməyə başlayırlar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışır. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırırlar.(avtosfer.az)

Videonu təqdim edirik.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/296469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR