Səudiyyə Ərəbistanda çölə qar yağdı - VİDEO

Səudiyyə Ərəbistanın El Cefv bölgəsində havanın temperaturunun aşağı düşməsi ilə bölgəyə qar yağıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, temperaturun -3-ə qədər düşdüyü bölgə ağ örtüklə əhatə olunub. Bölgə sakinləri ilk dəfə qar gördükləri üçün həyəcanlanaraq bölgəyə axın ediblər.

Metereologiya mütəxəssisi Əbdül Əziz Əl Həsini Səudiyyə Ərəbistanın fərqli bölgələrində qar və yağışın davam edəcəyini deyib. Bölgənin vəzifəli şəxsləri isə yağış və qar səbəbilə tədbir alacaqlarını bildiriblər.

Səudiyyə Ərəbistanın bəzi şəhərlərində isə hava temperaturu 20 dərəcə olaraq qeyd olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR