İranda benzinin bahalaşması ilə bağlı təzminat ödəniləcək

İranda benzinin bahalaşması ilə bağlı təzminat ödəniləcək
13:27 18 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayır.
“Report” İSNA-ya istinadən xəbər verir ki, müavinətlər 19 milyona yaxın ailəyə veriləcək. Müavinətin məbləği ailə üzvlərinin sayına görə 0,55 milyon rialdan (5 dollar) 2,05 milyon rialadək (18 dollar) təşkil edəcək. Bu müavinətlərin daha sonra hər ay ödənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, dünən bir sıra şəhərlərdə benzinin bahalaşması ilə bağlı etiraz aksiyaları baş qaldırarkən Prezident Həsən Ruhani bahalaşmadan zərər çəkənlərəı maliyyə yardımı göstərəcəklərini açıqlamışdı.
Noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min rialadək, adambaşına kvota çərçivəsində isə 50 faiz, 15 min rialadək qaldırılıb. Yeni qaydalara görə hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosikl sahibinə isə ayda 25 litr benzin düşür.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-randa-benzinin-bahalasmasi-ile-bagli-tezminat-odenilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR