SON DƏQİQƏ: əfsanəvi aktrisa VƏFAT ETDİ

SON DƏQİQƏ: əfsanəvi aktrisa VƏFAT ETDİ
13:28 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Jale Birsel 92 yaşında vəfat edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa ağciyər xəstəliyindən əziyyət çəkirmiş.

1949-cu ildə Ankara Dövlət Konservatoriyasının Teatr sənəti fakültəsini bitirən Birsel, İzmirdə yaşadığı Qocalar evində gözlərini əbədi olaraq yumub.

Dövlət teatrları aktrisanın vəfatı ilə bağlı açıqlama yayıb:

"Türkiyə teatr aləminin dəyərli şəxslərindən olan Jale Birselin ölüm xəbərini hüznlə anırıq. Sənətçimizə Allahdan rəhmət diləyirik. Ailəsinə, sevənlərinə və sənət dünyasına başsağlığı veririk."


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/296476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR