"Eşkiya"nın məşhur aktyoru ermənilər və vətən xainlərindən danışdı

"Eşkiya"nın məşhur aktyoru ermənilər və vətən xainlərindən danışdı
13:32 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Adanalı", "Sakarya Fırat", "Deli Yürek", "Kurtlar Vadisi" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" seriallarında yaratdığı obrazlarla tamaşaçıların qəlbini fəth edən Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca maraqlı açıqlamalarla çıxış edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Oktay Kaynarca "A Haber"ə müsahibəsində erməniləri sərt tənqid edib.

Kaynarca qondarma erməni soyqırımı iddialarına sərt reaksiya verib və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "Arxivlərimizi açdıq, arxivlərinizi açın" sözlərini xatırladıb: "Bunu dünyaya çatdırmalıyıq. Niyə arxivlərini açmırlar? Bu dövrə aid seriallar, filmlər çəkərək dünyanı məlumatlandırmaq vacibdir".

Məşhur aktyor, həmçinin Türkiyədə xain sənət adamlarının olmasından da danışıb: "Bir işi çox yaxşı görərək məşhur olmaq lazımdır. Çox dəyərli bir iş ortaya qoymaq lazımdır. Heç sevilməyən və nifrət ediləcək şəxs də ola bilərsiniz. Boş-boş danışan, millətin adına, bayrağına, torpağına xəyanət edən bir sıra məşhurların olduğunu bilirik. Allah bizi belə məşhur olmaqdan qorusun".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR