İran ÇALXALANIR: dövlət binaları yandırılır, çox sayda insan...

İran ÇALXALANIR: dövlət binaları yandırılır, çox sayda insan...
14:18 18 Noyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

İranda benzinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyaları ölkə miqyasında yayılıb.

Publika.az xəbər verir ki, aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında baş verən insident zamanı bir polis həyatını itirib.

"Mehr" xəbər agentliyinin məlumatına görə, ötən gecə Tehranın qərbindəki Mələrd, Şəhriyar, Əmiriyyə və Qüds rayonlarında poçt mərkəzləri, bank şöbələri və dövlətə aid iş yerləri, paytaxtın mərkəzində isə təhlükəsizlik qüvvələrinə aid avtobus yandırılıb.

Şiraz, İsfahan və Kərəc şəhərlərində əsas prospektlər etirazçılar tərəfindən qurulan barrikadalarla nəqliyyatın istifadəsinə bağlanıb.

Elburs, Fars, İsfahan və Xuzistanda məktəblər tətil elan edib. İsfahanda təhlükəsizlik məqsədilə metronun işi dayandırılıb.

Qeyd edək ki, İranda aksiyalar ötən həftənin cümə günündən etibarən başlayıb. Bu zaman çərçivəsində mindən çox aksiyaçı həbs olunub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/296480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR