“Air Race E” şirkəti dünyada ilk elektrik yarış təyyarəsini nümayiş etdirib

“Air Race E” şirkəti dünyada ilk elektrik yarış təyyarəsini nümayiş etdirib
14:35 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dubayda “Dubai Air Show” aviasalonu çərçivəsində “Airbus” şirkətinin dəstəyi ilə keçirilən təyyarə yarışlarında “White Lightning” adlı dünyanın ilk elektrik yarış təyyarəsi təqdim olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, təyyarəni hazırlayan “Air Race E” şirkətinin mütəxəssislərinin sözlərinə görə, “White Lightning” Böyük Britaniyada yerləşən “Condor Aviation” şirkətinin zavodunda istehsal ediləcək.

 

Bildirilir ki, yeni təyyarə havada 10 metr hündürlükdə saatda 482 km sürətlə hərəkət edir.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, “White Lightning” təyyarəsində istifadə edilən litium batareyaları onu yüksək intensivlikli yarışlarda 5 dəqiqə, aşağı sürətli əlavə uçuşlarda isə 10 dəqiqə ərzində enerji ilə təmin edir.

 

2020-ci ildə “Air Race E” elektrik təyyarələri üçün dünyada ilk təyyarə yarışları keçiriləcək. Gələn həftə ilk yarışda iştirak edəcək 8 komandanın adının açıqlanacağı gözlənilir.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64222-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR