Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı
14:57 18 Noyabr 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 17-də Amerikanın Kaliforniya ştatının Frenso şəhərində dost ailələrin bir araya gələrək ət qızardıb, amerikan futboluna baxdıqları zaman bir nəfər naməlum şəxs həyətə girərək ora toplaşanları gülləborana tutub. Məclisdə 35-dək insan olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Polisin verdiyi xəbərə görə, cinayət törədən şəxs hələlik saxlanılmayıb və hazırda hüquq-mühafizə orqanları hadisənin şahidlərindən ifadə alır.

Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl noyabrın 15-də Kaliforniyanın Santa-Klarita şəhərində 16 yaşlı məktəbli Nataniel Berxou oxuduğu məktəbdə şagirdlərə atəş açıb. Nəticədə 5 nəfər yaralanıb və onlardan 2-si ölüb. Hadisəni törədən 16 yaşlı gənc isə polis gəlməmişdən öncə özünü də öldürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR