Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub
15:17 18 Noyabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Milli.Az bildirir ki, rektor Elmar Qasımovun əmri ilə, bu vəzifəyə Zamirə Ədilova gətirilib. O, 14 noyabr tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə "525-ci qəzet"də başlayıb.

Daha sonra, uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində
ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub. 2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə "Fəxri Fərman"larla təltif olunub. "İnformasiya Cəmiyyətinin jurnalisti" müsabiqəsinin qalibidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/educations/803091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR