Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi şəhərdə hərəkət məhdudlaşdırılacaq

Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi şəhərdə hərəkət məhdudlaşdırılacaq
15:37 18 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

SlovakiyaAzərbaycan milliləri arasında keçiriləcək AVRO-2020-nin oyunu ilə əlaqədar Trnava şəhərində hərəkət məhdudlaşdırılacaq.
"Report"un məlumatına görə, bu barədə Trnava bələdiyyəsi açıqlama yayıb.
Bildirilir ki, 400 metr uzunluğundakı Kollarov küçəsi görüş ərəfəsində bağlanacaq. Küçədə nəqliyyat məhdudiyyətləri qismən tətbiq olunacaq. Yəni, yalnız parklama yerlərinə giriş qapanacaq. Məhdudiyyət noyabrın 19-da saat 9:00-dan 24:00-dək qüvvədə olacaq.
Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/slovakiya-azerbaycan-oyununun-kecirileceyi-seherde-hereket-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR