Oktay Kaynarca erməni siyasətini pislədi: "NİYƏ ARXİVLƏRİ AÇMIRLAR?" - VİDEO

Oktay Kaynarca erməni siyasətini pislədi: "NİYƏ ARXİVLƏRİ AÇMIRLAR?" - VİDEO
15:43 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Kurtlar Vadisi" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialları sayəsində ölkəmizdə də böyük populyarlıq qazanan aktyor Oktay Kaynarca erməni soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin "A Haber"ə verdiyi cəsarətli müsahibəsində erməni siyasətini pisləməsi diqqət çəkib.

O, qondarma erməni soyqırımı iddialarına sərt reaksiya verib: "Bunu dünyaya çatdırmalıyıq. Niyə arxivləri açmırlar? Bu dövrə aid seriallar, filmlər çəkərək dünyanı məlumatlandırmaq vacibdir.

Dəyərli iş sayəsində məşhurluq qazanmaq lazımdır. Çox dəyərli bir iş ortaya qoymaq lazımdır. Heç sevilməyən və nifrət ediləcək şəxs də ola bilərsiniz. Boş-boş danışan, millətin adına, bayrağına, torpağına xəyanət edən bir sıra məşhurların olduğunu bilirik. Allah bizi belə məşhurluqdan qorusun".

Qeyd edək ki, Oktay Kaynarca "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında Hızır Çakırbəyli obrazını canlandırır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/296488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR