Bakıda yaşlı qadını zorladılar

Bakıda yaşlı qadına qarşı seksual xarakterli zorakılıq əməli törədilib.

Metbuat.az-ın məlumatına görə, Xətai Rayon Polis İdarəsində M.Mehdiyevaya qarşı zorakılıq hərəkətlərinə yol vermiş Məmmədov Çingiz Binnət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci, yəni, Zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi ilə cinayət işi açılıb.

Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İşin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim Cavid Hüseynin icraatına verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR