Maksim Medvedevin zədəsinin xarakteri və bərpa müddəti bəlli olub

Maksim Medvedevin zədəsinin xarakteri və bərpa müddəti bəlli olub
15:52 18 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev təxminən 10 gün yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə “Report”a 32 yaşlı müdafiəçinin formasını geyindiyi “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Medvedevin yığmanın ilk məşqində ayaq əzələsi dartılıb.
Təcrübəli futbolçu noyabrın 22-də Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq. Onun noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə İspaniyadakı matçda forma geyinməsi də sual altındadır.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 19-da AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/maksim-medvedevin-zedesinin-xarakteri-ve-berpa-muddeti-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR