DOST mərkəzinə gələn bu xanım tarixə düşdü - FOTO

DOST mərkəzinə gələn bu xanım tarixə düşdü - FOTO
16:13 18 Noyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 50 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Publika.az xəbər verir ki, Yasamal rayon sakini Validə Abbasova DOST-a Sosial xidmət sahəsində göstərilən xidmət ilə bağlı üraciət edib. O, 6 aydır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 50 000-ci vətəndaş kimi tarixə düşüb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib. Validə Abbasova DOST Mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib. O, sosial sahədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərən bu cür qurumların yaradılmasına görə dövlət başçısına minnətdarlığını bildirib.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/296499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR