Məşhur aktyor qızını cəzalandırdı -

Tanınmış rus aktyoru Aleksey Panin “Instagram”da qızı ilə bağlı video paylaşıb.

Metbuat.az bildirir ki, 42 yaşlı aktyor qızının üstünə qışqırıb, daha sonra onu mətbəxə sürüyərək, əllərini istilik cihazına bağlayıb.

Panin belə etməklə evi çirkləndirən qızını cəzalandırıb.

O, ağlayaraq yerə çökən qızına əllərinin açılması üçün nənəsini gözləməli olduğunu deyib.

Aktyorun bu hərəkəti izləyicilər arasında müsbət qarşılanmayıb.

Bəzi izləyicilər isə rəylərdə bunun bir oyun olduğunu yazıblar.

Görüntülərlə bağlı araşdırma aparılacağı bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR