Nazirlik: Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Nazirlik: Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
16:42 18 Noyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/dekabarda-psixoloqlarin-diaqnostik-qiymetlendirilmesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR