Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” - VİDEO - FOTO

Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” - VİDEO - FOTO
17:12 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Xatirə İslam olub.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşının çətin xasiyyəti olduğunu deyib:

"İkinci dəfə ana olmaq planımda var. İllər əvvəl həyat yoldaşım adını belə seçib. Selin. Əvvəllər qız uşaqlarını xoşalmırdım. Deyirdim ki, yaşlı vaxtıma düşəcək. Mən gərək onu güdüm. Xasiyyətim qəribədir. Amma indi qız istəyirəm. Düşünürəm ki, oğlan saxlamaq daha çətindir. Bizə kənardan baxan deyir ki, görəsən, bu adam Xatirə ilə necə yola gedir? Daha bilmirlər ki, əslində elə deyil. Xasiyyətlərimiz tamam fərqlidir. Yoldaşım çox çətin insandır. Hər şeyi söz edir. Bıçağı yumadan evdən çıxdığıma görə 3 ay mənimlə danışmayıb. Səni sevirəm sözünü ildə bir dəfə deyir. Sosial şəbəkədə yazırlar ki, yoldaşınız keçəldir. Deyirəm ki, nə edim, olanım odur. Deyək ki, bunu yazan adam tüklü adamdır. Bəs bu tüklü olub nə edib? Elə bir şey var ki, o tükü olan onu edə bilir, mənim yoldaşım edə bilmir?". 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/803153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR