"Bavariya"nın yeni prezidenti Qvardiolanı geri qaytarmağı istisna etməyib

"Bavariya"nın yeni prezidenti Qvardiolanı geri qaytarmağı istisna etməyib
17:42 18 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Bavariya” klubunun yeni prezidenti Herbert Hayner Xosep Qvardiolanın komandanın baş məşqçi postuna qaytarılma variantına baxmağa hazır olduqlarını açıqlayıb.
“Report” xəbər verir ki, 65 yaşlı funksioner ESPN-ə müsahibəsində ispaniyalı mütəxəssisi müqavilə üzrə İngiltərənin “Mançester Siti” klubuna məxsus superməşqçi adlandırıb. O, klubunun idarəçiliyinin yenidən təşkil edildiyini bildirib və baş məşqçi məsələsində bir qədər gözləməyi tövsiyə edib.
Qeyd edək ki, “Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. 2013 – 2016-cı illərdə “Bavariya”ya rəhbərlik etmiş Xosep Qvardiolanın “Mançester Siti” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onun illik maaşı 19,5 milyon funt sterlinq təşkil edir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-nin-yeni-prezidenti-qvardiolani-geri-qaytarmagi-istisna-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR