Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin məqaləsi yerləşdirilib

Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin məqaləsi yerləşdirilib
17:43 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Qara dəniz hövzəsinin sinergiyası: əməkdaşlıq potensialı və geosiyasi, geoiqtisadi risklərin yeni dinamikası” sərlövhəli məqalə yerləşdirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, ingilis dilində yayılan məqalədə regional təhlükəsizlik məsələlərinə toxunulub. Müəllif vurğulayıb ki, qlobal geosiyasi gərginliyin artması fonunda regional təhlükəsizliyin təmin edilməsi problemi daha da aktuallaşır. Bu qlobal sistemlər kontekstində Qara dəniz hövzəsi bölgəsi "Bir kəmər, bir yol" layihəsi çərçivəsində coğrafi və iqtisadi cəhətdən Cənub-Şərqi Avropanı Xəzər hövzəsi və Çin ilə birləşdirir. Bu, Cənubi Qafqaz dövlətləri (əsasən Azərbaycan və Gürcüstan) ilə Şərqi Avropa ölkələri (ilk növbədə, Ukrayna) arasında əsaslı birləşdirici körpüdür.

Məqalədə vurğulanıb ki, Qara dəniz hövzəsi bölgəsində bəzi beynəlxalq hüquq subyektləri şüurlu şəkildə güclərindən istifadə edirlər. Bununla da bölgədə bir neçə risk ocağı yaranıb və nəticədə iqtisadi əməkdaşlığın inkişafına əngəllər mövcuddur. Qara dəniz hövzəsində əlavə hərbi qüvvələrin cəmləşməsi geoiqtisadi sahədə əməkdaşlığın inkişafına ciddi maneə kimi qiymətləndirilir. Lakin əslində bölgə və qonşu bölgələrin əməkdaşlığı üçün böyük tarixi, geosiyasi, geoiqtisadi, nəqliyyat, enerji potensialı var. Bunu Azərbaycan və Ukrayna arasındakı əməkdaşlıq nümunəsində görmək olar. 2013-cü ilə qədər Azərbaycan ilə Ukrayna arasındakı ticarətin həcmi 1 milyard ABŞ dollarını ötüb. Ancaq bu bölgədəki məlum hadisələr və silahlı qarşıdurmalar bu dinamikanın inkişafına son dərəcə mənfi təsir göstərdi. 2015-ci ilin sonunda iki ölkə arasındakı ticarətin həcmi 333 milyon ABŞ dolları təşkil edib, lakin sonrakı 3 il ərzində ölkələrimiz bu rəqəmi 2,5 dəfə artırmağı bacarıb və 2018-ci il ərzində 829 milyon ABŞ dolları səviyyəsinə çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3150470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR