Ronaldo komanda yoldaşlarından üzr istəmək üçün görün nə etdi

Ronaldo komanda yoldaşlarından üzr istəmək üçün görün nə etdi
19:13 18 Noyabr 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo A Seriyasında XII turun "Milan"la qarşılaşmasındakı davranışı səbəbindən komanda yoldaşlarından üzr istəməyi qərara alıb.

Portuqaliyalı hücumçu həmklubları ilə birgə şam yeməyi planlaşdırır. O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür. Görüş noyabrın 23-də Berqamoda "Atalanta" ilə XIII tur matçından əvvəl baş tutmalıdır.

Qeyd edək ki, "Yuventus"un baş məşqçisi Mauritsio Sarri Rusiya "Lokomotiv"i və "Milan"la son qarşılaşmaların gedişində Kriştianu Ronaldonu meydandan çıxarıb. Hər iki halda 34 yaşlı forvard Sarrinin əlini sıxmayıb. Əvəzləndikdən sonra o, paltardəyişmə otağına yollanıb. Orada isə Ronaldo görüşün bitimini gözləmədən stadionu tərk edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR